"Beşiktaş" dalaşan futbolçularını cəzalandırdı

"Beşiktaş"ın dalaşan iki futbolçusu İbrahim Toraman və Sezər Öztürkə pul cəza kəsilib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əsas komandadan uzaqlaşdırılan futbolçulardan Sezər Öztürkün cəzası daha ağır olub. Belə ki, klubda illik 900 min avro qazanan oyunçu 120 min türk lirəsi ilə cəzalandırılıb. Toraman isə komanda yoldaşından bir qədər az - 600 min avro maaş aldığı üçün cəzası 80 min türk lirəsi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31