"Balotelli yenidən Mourinyo ilə birgə çalışa bilər"

"Milan"ın futbolçusu Mario Balotelli keçmiş baş məşqçisi Joze Mourinyo ilə yenidən çalışa bilər. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, gənc hücumçunun meneceri Rayola onun London klubuna transfer oluna biləcəyini deyib. Ancaq "Milan" prezidenti Adriano Qalliani hələlik buna razılıq vermir: "Mourinyo ilə bir-birlərini çox yaxşı tanıyırlar. Ən əsası da bir-birindən nifrət edərək ayrılmayıblar. Hələ də əlaqələri var. Balotellini "Çelsi"yə transferi reallaşa bilər. Ancaq Qalliani bunu istəmir".
Qeyd edək ki, Mourinyo "İnter"də olarkən Balotellinin baş məşqçisi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31