"Qalatasaray" İbrahimoviçi transfer edəcək
30 Oktyabr 2013 11:27 İdmanTürkiyənin "Qalatasaray" klubu daha bir ulduz futbolçunu heyətinə qatmaq istəyir.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub prezidenti Ünal Aysal qarşıdakı transfer dönəmlərinin birində PSJ-nin hücumçusu Zlatan İbrahimoviçi komandaya gətirmək istədiyini açıqlayıb.
İsveçli oyunçunu çox bəyənən Ü.Aysal hazırda onu transfer etmələrinin çətin olduğunu bildirsə də, gələcəkdə Didye Droqba kimi İbrahimoviçin də "Cim Bom"un heyətinə qata biləcəyini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31