Karlo Ançelotti: "Beyl formada deyil”
29 Oktyabr 2013 16:59 İdman"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti 91 milyon avroya kluba transfer olan Qaret Beyl haqda danışıb.
Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis "Cadena Cope"a açıqlamasında uelsli yarımmüdafiəçinin son iştirak etdiyi matçlarda yaxşı oyun nümayiş etdirmədiyini qəbul edib: "Beyl istənilən formada deyil. Ancaq bunun səbəbi yeni bir komandada forma geyməsidir. Onun zamana ehtiyacı var".
İspaniyada futbolun İngiltərədəkindən fərqləndiyini vurğulayan Ançelotti Beyli "El Klassiko"da start heyətdə oynatmasının səbəblərindən də danışıb: "Onun rəqibə problem yarada biləcəyini düşündüyüm üçün bu addımı atdım".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31