Zidan: "Qızıl top" mükafatına Ronaldo və Riberi layiqdirlər"
29 Oktyabr 2013 16:54 İdman"Real" (Madrid) klubunun məşqçisi Zinəddin Zidan "Qızıl top" mükafatına namizəd gördüyü futbolçuların adlarını açıqlayıb. Qol.Az-ın məlumatına görə, Zidan Kriştiano Ronaldo və ya Frənk Riberinin bu mükafatı qazanacağına inandığını bildirib: "Bu mükafata layiq futbolçular çox deyil. Ancaq Ronaldo və Riberini bu mükafata layiq görürəm və onlardan birinin bunu qazanacağına inanıram. Təəssüf ki, "Qızıl top" mükafatı bir dənədir. Əgər iki dənə olsaydı, hərəsinə birini verərdilər. Ümid edirəm ki, bu mükafatı ən layiqli futbolçu qazanacaq".
Qeyd edək ki, builki "Qızıl top" mükafatına 23 namizəd futbolçu var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31