“Ronaldo saç düzümünə Messidən çox pul xərcləyir”
29 Oktyabr 2013 14:25 İdman"Leo çox yaxşı oğlandır. Hər bir valideyn onun kimi övladının olmasını istəyər". Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA prezidenti Yozef Blatter deyib.
Ali futbol qurumunun rəhbəri iki ulduz - argentinalı Lieonel Messi ilə portuqaliyalı Kriştianu Ronaldonu növbəti dəfə müqayisə edib. Blatter İspaniya mətbuatına müsahibəsində üstünlüyü "Barsa"nın futbolçusuna verib: "Messi əla oynayır, sanki rəqs edir. Ronaldo isə meydanda özünü komandir kimi aparır. O, saç düzümünə Messidən çox pul xərcləyir. Demək olmaz ki, onlardan hansı daha yaxşıdır. Hər ikisindən xoşum gəlir, amma daha çox Messidən".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31