Fatih Terim Rüştü Rəncbəri niyə qovub?
29 Oktyabr 2013 13:48 İdman"Qalatasaray" futbol klubundan qovulan futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih Terim, yeni qalmaqalla gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, "ay ulduzluların" baş məşqçisi, yığma komandanın koordinatoru olan Rüştü Rəncbəri "hədəfə" alıb. "Sporx.com" yazır ki, millinin keçmiş qapıçısı Rəcbərin yığmanın düşərgəsi olan otelə gəlməsi təcrübəli mütəxəssisi əsəbiləşdirib. Terim onun oteldən ayrılmasını tələb edib. R.Rəcbər isə çalışdırıcının bu hərəkətini təəccüblə qarşılayıb. Terimin bu hərəkətinə səbəb kimi onun yığmanın keçmiş futbolçusunu koordinator olaraq görmək istəməməsi və bu vəzifəyə özünün seçəcəyi birini gətirmək planı göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31