Syomin gedir?

Rusiyanın "Terek" klubu baş məşqçi postuna axtarışlarını davam etdirir. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Namizədlər arasında "Qəbələ"nin çalışdırıcısı Yuri Syomin də var. Yeni baş məşqçinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək. Həmçinin məlumatda Yuri Syomin yaxın zaman ərzində "Qəbələ" ayrılacağı da qeyd edilib. Bununla bağlı "Qəbələ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev ilə əlaqə saxladıq. Publika.Az-a danışan klub rəsmisi xəbəri təkzib etdi:
"Yuri Syominin bizimlə müqaviləsi hələ də davam edir. O hazırda komandanın başındadır. Komandasını "Qarabağ"la baş tutacaq yarışa hazırlaşdırır.
Nə yazılmasından aslı olamayaraq düşünürəm ki artıq sözə ehtiyac yoxdur".
Qeyd edək ki, Topaz Premyer Liqasının 12-ci turunun mərkəzi oyununda "Qarabağ" - "Qəbələ" ilə qarşılaşacaq. Görüş noyabrın 3-də baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31