"Lans" qələbə qazana bilmədi
29 Oktyabr 2013 12:54 İdmanHafiz Məmmədovun sahibi olduğu "Lans" klubu bu gün Fransa ikinci liqasında növbəti matçına çıxıb. Qol.Az-ın məlumatına görə, "Land of fire Azerbaijan" formalı komanda 12-ci turda səfərdə "Klermont Fut"la qarşılaşıb.
"Lans" bu oyunda qələbə qazanacağı təqdirdə liderliyə şərik olacaqdı. Bakı vaxtı ilə saat 23:30-da başlayan görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31