Arda Turan komandadan ayrı çalışdı
29 Oktyabr 2013 20:12 İdmanLa Liqada sonuncu tunda "Betis"i 5:0 hesabı ilə məğlub edən "Atletiko" (Madrid) "Qranada" ilə matçın hazırlıqlarına start verib. Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, sözügedən məşqlərdə komandanın zədəli oyunçusu Arda Turan da iştirak edib. O, komanda yoldaşları Dieqo Kosta, David Vilya, Luis Filipe və Tiaqo Mendeslə birgə ayrı çalışıb. Türk yarımmüdafiəçinin "Qranada" ilə matçda iştirak edib-etməyəcəyinin məlum olmadığı bildirilib.
Qeyd edək ki, Arda son vaxtlar ağır yüklənməyə məruz qaldığı üçün sağ ayaq əzələsindən zədələnmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31