Ronaldinyo həbs olundu
18 Aprel 2012 15:03 İdmanMəşhur braziliyalı futbolçu Ronaldinyonun böyük qardaşı Roberto de Assis Mroeyra 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Milli.Az "İTAR-TASS"a istinadən xəbər verir ki, Braziliyanın Portu-Aleqri şəhər məhkəməsi ulduz futbolçunun böyük qardaşını maliyyə maxinasiyalarında təqsirli bilib. O, xüsusilə vergidən yayınmaqda, ölkəyə qanunsuz pul köçürmələrində ittiham olunur.
Xatırladaq ki, Roberto da vaxtilə peşəkar futbolla məşğul olub, hətta İsveçrə, Meksika, Portuqaliya və Fransa klublarında çıxış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31