"Barselona" alman qapıçı ilə razılığa gəldi
29 Oktyabr 2013 19:09 İdman"Barselona" "Borussiya"nın (Münhenqladbarx) qapıçısı Andre ter Stegenlə razılığa gəlib. Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, 21 yaşlı gənc qolkiper yeni mövsümdən etibarən Kataloniya klubunda forma geyəcək.
Qəzet yazıb ki, klubun idman direktoru Andoni Zubizarreta artıq Münhenqladbarx təmsilçisinin nümayəndələri ilə görüşüb. Tərəflər arasında ilkin müqavilə imzalanıb. "Barsa"nın bu transfer üçün 10 milyon avro ödəyəcəyi iddia edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31