Məşhur futbolçunun evindən köynək kolleksiyası və 6 milyon dəyərində əşya oğurlanıb
10 İyul 2012 15:42 İdmanRusiyanın futbol üzrə yığma komandasının hücumcusu, "Lokomotiv"in forvardı Roman Pavlyuçenkonun evi qarət edilib. Oğrular Moskvanın Rusakovsk küçəsindəki elit binalarda yaşayan futbolçunun mənzilinə qapını sındıraraq daхil olublar və 6 milyon rubl dəyərində əşya oğurlayıblar. Mənzildən həmçinin məşhur futbolçuların hədiyyə etdiyi köynək kolleksiyası da oğurlanıb. Bütün oğurlanan əşyaları, həmçinin pul, saat, zərgərlik məmulatları və iki kürkü cinayətkarlar çantalara yığaraq hadisə yerini tərk ediblər. ("OLAYLAR"İA)
Ev sahiblərinin mənzildə olmamasından istifadə edən qarətçilər mənzildə "rahatca işləyiblər". Faktla bağlı cinayət işi qaldırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31