Mourinyo qoldan sonra tribunaya niyə getdi?

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Premyer Liqada "Mançester Siti" ilə matçda (2:1) Fernando Torresin qolundan sonra tribunaya azarkeşlərin yanına gedərək qol sevinci yaşamasına münasibət bildirib. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu qələbəni oğlu ilə birgə qeyd etmək istədiyini və bu səbəbdən də tribunaya onun yanına getdiyini deyib.
Mourinyo rəqib komandanın baş məşqçisi Manuel Pelleqrinin matçdan sonra onun əlini sıxmadan stadionu tərk etməsini isə "Mançester Siti"nin son dəqiqədə məğlub olmaları ilə əlaqələndirib: "Onu başa düşürəm. Nəticəyə görə təəssüflənirdi. Əgər mənim yanlış hərəkət etdiyim düşünülürsə, üzr istəyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31