Polşa millisinin yeni baş məşqçisi müəyyənləşdi
28 Oktyabr 2013 17:33 İdmanPolşa millisinin yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Polşa Futbol Federasiyası (PFF) Valdemar Fornelikin istefaya göndərilməsinin ardından boş qalmış baş məşqçi postuna Adam Navalkanı gətirib.
Bu barədə PFF-in prezidenti jurnalistlərə açıqlamasında deyib: "Düzgün seçim etdiyimizdən əminəm. Yeni çalışdırıcı ilə ilk hədəfimiz "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanmaq olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31