"Roma"dan yeni rekord

Bu mövsüm uğurlu çıxışı ilə seçilən "Roma" klubu yeni rekord qırıb.  Qol.Az-ın məlumatına görə, komanda dünən "Udineze" ilə matçda 1:0 hesablı qələbə qazanaraq ardıcıl 9-cu qalibiyyətini əldə edib.
Bununla da, ən yaxşı startını edən "Roma" klubu 9 oyunda 9 qələbə ilə tarixi rekorda imza atıb. Qeyd edək ki, hazırda Roma təmsilçisi 27 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31