Nuri Şahin Bendesliqada həftənin oyunçusu seçildi
28 Oktyabr 2013 19:49 İdmanAlmaniya Bundesliqasında həftənin ən yaxşı oyunçusunun adı məlum olub. Qol.Az-ın "Kicker"ə istinadən verdiyi məlumata görə, "Borussiya" (Dortmund) klubunun türk futbolçusu Nuri Şahin həftənin ən yaxşı oyunçusu seçilib. O, bu ada "Şalke"ni 1:3 hesabı ilə məğlub etdikləri matçda göstərdiyi oyuna görə layiq görülüb.
Qeyd edək ki, sözügedən qarşılaşmada N.Şahin komandasının ikinci qolunu vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31