Sovet alpinizmi 90 yaşını qeyd edib
28 Oktyabr 2013 16:24 İdmanMoskva şəhərində sovet alpinizminin 90 illik yubileyinə həsr olunan təntənəli tədbirlər keçirilib. Rusiya Alpinizm Federasiyanın təşkilatçılığı ilə keçirilən mərasimə keçmiş SSRİ ölkələrinin bir çox alpinist təşkilatları dəvət alıblar. Azərbaycanı bu tədbirdə Azərbaycan Alpinizm Federasiyasının(AAF) rəhbəri İsrafil Aşurlı təmsil edib. AAF mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, Rusiya Alpinizm Federasiyası bu mötəbər tədbir ilə əlaqədar döş nişanı təsis edib. Bu nişan ilə alpinizm veteranları və alpinizmin inkişafında böyük rolu olan insanlar təltif olunur. İsrafil Aşurlıdan əlavə bu nişan ilə 49 alpinizm veteranı və fəalları təltif edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31