Mişel Platini Avropa yığmalarının müdafiəsinə qalxdı
28 Oktyabr 2013 19:18 İdmanUEFA prezidenti Mişel Platini dünya çempionatlarının final mərhələlərində çıxış edən komandaların sayının artırılmasını təklif edib. Apasport.az saytının məlumatına görə, qurum başçısı mundiallarda 32 deyil, 40 millinin iştirak etməsinin tərəfdarıdır. Fransalı futbol funksioneri bu təklifi ilə FİFA prezidenti Yozef Blatterin cavabını verib.
Belə ki, sonuncu final mərhələlərində Afrika və Asiyaya verilən yerlərin artırılmasını, bunun Avropanın hesabına aparılmasını təklif etmişdi.
UEFA-nın mundialdakı nümayəndəliyinin azaldılması fikri ilə razılaşmayan Platini Avropa millilərinin müdafiəsinə qalxıb: "Mən Blatterlə razıyam ki, Afrika və Asiya təmsilçilərinin sayı artırılsın. Lakin bunu Avropanın hesabına deyil, ümumi sayı artırmaqla gerçəkləşdirmək lazımdır. İştirakçıların sayını 40-a çatdırmaqla Asiya, Afrika və Amerikanın hərəsinə 2, Okeaniya ilə Avropaya isə 1 əlavə yer vermək olar".
Qeyd edək ki. DÇ-2014-də Avropaya 13 yer verilib.