Nazim Süleymanov: "Hesab məni qane etmədi"

Topaz Premyer Liqasının 11-ci turunda "Simurq" "Şəfa" stadionunda son çempion "Neftçi"ni qəbul edib. Siasport.az saytının məlumatına görə, tərəflərin yaratdığı çoxsaylı qol epizodlarına baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.

Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:

Nazim Süleymanov, "Neftçi" klubunun baş məşqçisi: "Komandamın oyunundan razı qalsam da, hesab məni qane etmədi. Belə hallar futbolda olur. Yetirmələrimə oyuna görə, mübarizə əzminə görə təşəkkür edirəm. Çoxlu qol imkanları yaratdıq, lakin istifadə edə bilmədik. Bu cür qol imkanlarına ciddi yanaşmaq lazımdır".

Giorgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Oyun maraqlı alındı. Komandam sona kimi mübarizə apardı. Oyunun sonlarına yaxın "Neftçi" qapımıza ciddi hücumlar təşkil etdi. Buna baxmayaraq, müdafiədə inamlı oynadıq. Çətin oyun oldu, heç-heçəni yaxşı nəticə hesab edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31