Qurban Qurbanov: "Bizim komandada istək daha çox idi"
28 Oktyabr 2013 11:01 İdmanTopaz Premyer Liqasının 11-ci turunda "Xəzər Lənkəran" doğma meydanda "Qarabağ"ı qəbul edib. Siasport.az saytının məlumatına görə, rəqibini 3:0 hesabı ilə məğlub edən ağdamlılar turnir cədvəlində vahid liderliyi ələ keçiriblər.
Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:
Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Bu cür oyunlar çox olsa, futbolumuzun daha tez inkişaf edəcəyini düşünürəm. Oyun yüksək tempdə keçdi. "Xəzər Lənkəran" məğlub olmasına baxmayaraq, çox yaxşı oyun göstərdi. İnanıram ki, zaman keçdikcə daha yaxşı yerlərə gələcəklər. Hər iki komanda mübarizə apardı. Bizim komandada istək daha çox idi".
Con Toşak, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Çox güclü komandaya məğlub olduğumuzu düşünürəm. Oyuna görə müqayisə edəndə "Qarabağ" bizdən çox güclüdür".