Sneyder 6 ildən sonra bacardı

Son qarşılaşmalarda göstərdiyi oyunla diqqət çəkən "Qalatasaray"ın futbolçusu Uelsli Sneyder altı il əvvəlki uğurunu yenidən təkrarlayıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Superliqada komandasının "Kayserispor"u 4:1 hesabı ilə məğlub etdiyi matçda da fərqlənə bilib.
Bununla da Sneyder bir klub forması ilə 6 illik fasilədən sonra ard-arda üç rəsmi matçda qol vurmağı bacarıb.
Qeyd edək ki, bundan əvvəl hollandiyalı futbolçu 2007/2008 mövsümündə "Real" (Madrid) klubunda oynayarkən bu uğuru əldə edə bilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31