Puyol: "Real" bizdən daha yaxşı futbol oynayır"
25 Oktyabr 2013 19:30 İdman"Barselona"nın futbolçusu Karles Puyol La Liqanın 10-cu turunda qarşılaşacaqları "Real"la (Madrid) oyunöncəsi keçirilən mətbuat konfransında açıqlama verib. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu qarşılaşmanın çempionluq uğrunda həlledici oyun hesab etməyib. Sözügedən matçda forma geyəcəyi üçün baş məşqçisinə təşəkkür edən Puyol rəqib haqda da danışıb. Bildirib ki, "Real" Kataloniya klubundan hazırda daha güclüdür: "Onlar hazırda bizdən daha yaxşı futbol oynayırlar".
Qeyd edək ki, "Barselona" - "Real" matçı sabah "Nou Kamp"da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31