Ançelotti: “Özilin getməsini şəxsən mən istədim”

Mövsümün əvvəlində gözlənilmədən "Real"dan "Arsenal"a transfer olan Məsut Özilin Madrid klubundan getməsini baş məşqçi Karlo Ançelotti istəyib.
Qol.Az-ın məlumatına görə, bu barədə italiyalı mütəxəssisin özü İspaniya mətbuatına açıqlamasında deyib. O, Anxel Di Mariyanı saxlayıb, alman yarımmüdafiəçinin transfer olunmasına razılıq verməsinin səbəbini belə izah edib:
"Di Mariya səviyyə fərqində Məsutdan geri qala bilər. Ancaq daha xarakterli olduğu üçün onu seçdim. Bu səbəbdən Beylin gəlməsi ilə Özili göndərdim" - deyə Ançelotti bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31