"Real"dan 40 milyon avroluq təklif

"Real"ın almaniyalı yarımmüdafiəçisi Sami Kedira qışda Madrid klubu ilə yollarını ayıra bilər. Publika.Az xəbər verir ki, "Qalaktikos" 26 yaşlı futbolçu ilə vidalaşmağı düşünür. "Real" rəhbərliyi Kediraya 40 milyon avro transfer qiyməti kəsilib.

Qeyd edək ki, Almaniya yığmasının üzvü ilə "Çelsi" və "Mançester Yunayted" klubları yaxından maraqlanır. Kediranın özü isə gələcək karyerası ilə bağlı açıqlama verməkdən imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31