"Tottenhem" "Real"dan rekord məbləğ tələb edir
10 İyul 2012 14:02 İdmanİspaniyanın "Real" (Madrid) klubu növbəti transfer hədəfini açıqlayıb.Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi "Tottenhem"in yarımmüdafiəçisi Luka Modriçi heyətinə qatmağı planlaşdırır."Real" rəhbərliyi xorvatiyalı futbolçunun transferi üçün 35 milyon avrosundan keçməyə hazırdır. Lakin London təmsilçisi Modriçin transferi üçün "Real"dan 40 milyon avro tələb edib. Bu məbləğ isə "Real" rəhbərliyini razı salmayıb.Karyerasını "Real"da davam etdirmək istəyən 26 yaşlı futbolçu bu haqda belə deyib: "Real"a keçidimi səbirsizliklə gözləyirəm. Çünki mən yalnız "Real"da oynamaq istəyirəm. Ümid edirəm ki, bu keçidim baş tutacaq".
Qeyd edək ki, 2008-ci ildən "Tottenhem"də çıxış edən keçirdiyi 127 oyunda 13 qola imza atıb.