"Bakı" Sissoko və Popxadzeni Sloveniyaya apara bilmədi
10 İyul 2012 14:01 İdmanİyulun 12-də Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində səfərdə Sloveniyanın "Mura" klubu ilə qarşılaşacaq "Bakı"da heyətlə bağlı problem meydana gəlib.Qol.Az-ın "Futbol+" qəzetinə istinadən verdiyi məlumata görə, paytaxt klubu futbolçuları Xalidu Sissoko və Georgi Popxadzeni Sloveniyaya apara bilməyib. Buna səbəb hər iki oyunçunun viza problemi ilə qarşılaşmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31