Bakıda tennis üzrə beynəlxalq turnir keçiriləcək

İyulun 23-də Bakı Tennis Akademiyasında ikinci "Baku Cup" beynəlxalq turnir start götürəcək.AzərTAc xəbər verir ki, turnirin iştirakçıları müəyyənləşib. Keçənilki finalçı rusiyalı Kseniya Pervak bu dəfə Qazaxıstan təmsilçisi kimi Bakıda yarışacaq. Turnir lideri kimi Bakıya gələn K.Pervakı Rusiya təmsilçisi və sabiq "TOP 10" tennisçisi olan Anna Çakvetadze izləyəcək. A.Çakvetadze Bakıda ikinci nömrə altında çıxış edəcək.Turnirin üçüncüsü Katerina Bondarenko (Ukrayna), dördüncüsü isə Macarıstan təmsilçisi Timi Baboş olacaq. Bakıya gələnlər arasında tanınmış simalardan biri Fransa təmsilçisi Alize Kornet də var.Bakı turnirində Mendi Minella (Lüksemburq), Alberta Brianti (İtaliya), Laura Pous-Tionu (İspaniya) və Tamarin Tanasuqarn (Tayvan) iştirak edəcəklər.Bakı Tennis Akademiyasının kortlarında həmçinin Gürcüstan, Serbiya, Almaniya, Polşa, ABŞ, Avstriya və digər ölkələrin idmançıları da mübarizə aparacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31