Məşhur qapıçı futbol klubu aldı
9 İyul 2012 19:16 İdmanFutbol üzrə İtaliya milli komandasının və "Yuventus"un qapıçısı Canluici Buffon "Karrareze" klubuna sahib olub. Lent.az-ın məlumatına görə, bu barədə Buffon öz "facebook" səhifəsində bildirib. "Karrareze" İtaliya çempionatının III divizionunda oynayır. Bu klub Buffonun doğulduğu Toskana bölgəsini təmsil edir. 34 yaşlı qapıçı gənclərdən ibarət komandanı bərpa etmək və klub nəzdində futbol məktəbi yaratmaq niyyətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31