"Neftçi"nin rəqibi Çexiya klubu ilə qarşılaşacaq

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Neftçi"nin rəqibi olan Gürcüstanın "Zestafoni" komandası daha bir yoxlama matçı keçirəcək. Azerisport.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan gürcülər Çexiya klubu ilə görüşə hazırlaşırlar. Belə ki, "Zestafoni" "Slovan" ilə üz-üzə gələcək. Bu oyun sabah - iyulun 10-da keçiriləcək. Qeyd edək ki, "Neftçi"nin rəqibi ölkə xaricindəki toplanış çərçivəsindəki ilk sınaq matçında Rumıniya təmsilçisi "Astra" ilə görüşüb və 0:1 hesabı ilə məğlub olub. Bolqarıstan "Lokomotiv"i (Plovdiv) ilə görüşdə 3:2 hesablı qələbə qeydə alınıb. Rumıniya "Steaua"sı ilə görüş isə qolsuz başa çatıb. "Neftçi" ilə "Zestafoni" arasındakı ilk oyun iyulun 17-də "Dalğa Arena"da keçiriləcək və yerli vaxtla saat 21:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Zestafonidə baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31