Burak Yılmaz Rusiya Premyer Liqasında

Son mövsümü "Trabzonspor" klubunda keçirən Turkiyə millisinin hücumçusu Burak Yılmaz karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
Qol.Az-ın məlumatına görə, "Trabzonspor"un prezidenti Sadri Şener Burakı Moskvanın "Lokomotiv" klubuna satdığını açıqlayıb.
"Burakı 5 milyon avroya satdım. "Qalatasaray" futbolçu üçün daha çox pul verirdi. Amma işi uzatdığına görə onun bu komandaya transferi baş tutmadı" - deyə o bildirib.
Qeyd edək ki, "Lokomotiv"in Burakla üç illlik müqavilə imzalayacağı gözlənilir. Futbolçuya görə "Trabzonspor" klubuna beş milyon avro təzminat ödəniləcək. Burak özü isə bir mövsüm üçün uç milyon avro alacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31