Yeni stadiondan son görüntülər

Bakının "8-ci kilometr" qəsəbəsində tikilən stadionun avqustun ortalarında təhvil veriləcək. Bu barədə Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib. Stadionun 12 min yerlik olması nəzərdə tutulur. Hazırda tikintisi davam edən stadion bu il Azərbaycanda sentyabrın 22-dən oktyabrın 13-dək keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatının oyunlarını da qəbul edəcək. Artıq tikinti işləri yekunlamaq üzrədir.  Trend  son görüntüləri oxucularına təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31