Gimnastika üzrə Bakı şəhər birinciliyi başa çatıb

Gimnastika üzrə Bakı şəhər birinciliyində müxtəlif klubları təmsil edən 43 idmançı mübarizə aparıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, 4 nömrəli uşaq-gənclər gimnastika idman məktəbində keçirilən yarışda Uğur Xəlilbəyli birinci, Rüstəm Nuxov ikinci yerə çıxaraq "idman ustası" adını alıblar. "İdman ustalığına namizəd" adı uğrunda güclərini sınayan idmançılar arasında Yevgeniy Samarin birinci, Sərvər Əliyev ikinci, Xəlil Hüseynov üçüncü yerləri tutublar. Birinci dərəcəli idmançılar və gənclər üzrə isə 18 idmançı qələbə qazanıb.Qaliblərə BŞGİBİ-nin diplomları və hədiyyələr verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31