UEFA erməniləri biabır elədi

UEFA-nın rəsmi saytının rus versiyasında dünən Avropa Liqasının birinci təsnifat mərhələsində keçirilən oyunlarla bağlı yazıya qoyduğu başlıq, yəqin ki, erməni azarkeşləri bərk qəzəbləndirəcək. Qol.Az-ın məlumatına görə, saytdakı manşet yazısına ""İnter" pobedil, "Pyunik" proiqral" ("İnter" uddu, "Pünik" uduzdu) başlığı qoyulub. Bu zaman Azərbaycanın "İnter" klubunun səfərdə Estoniyanın "Trans" komandasına 5:0 hesabı ilə qalib gəldiyi, Ermənistan "Pünik"inin isə öz meydanında Çernoqoriya "Zeta"sına 0:3 hesabıyla uduzduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31