PFL telekanallardan 500 min manat istədi
6 İyul 2012 21:00 İdmanPeşəkar Futbol Liqası (PFL) tender keçirib. Lent.az-ın məlumatına görə, tender 2012-2013-cü il mövsümündə Azərbaycan Premyer Liqası və ölkə kuboku oyunlarının yayımı hüququnun satışı ilə bağlıdır. Tenderə PFL prezidenti Ramin Musayev, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və Texniki İdman Şöbəsinin rəhbəri Məlik Həsənovla yanaşı "İdman Azərbaycan" televiziyasından Elsevər Dünyamalıyev ilə "Xəzər" televiziyasından İbrahim Ünlübostan qatılıb.
Bir illik yayım hüququnun qiymətinin 500 min manat dəyərində müəyyən olunduğu tender 2 saatdan artıq davam edib. PFL-in şərtləri ilə tanış olan televiziya kanallarının nümayəndələri bir həftə ərzində cavab verəcəklərini bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31