UEFA "Xəzər Lənkəran"ı cəzalandıra bilər

UEFA "Xəzər Lənkəran"ı cəzalandıra bilər. Azerisport.az xəbər verir ki, buna Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Estoniya "Nomme Kalju"su ilə ilk oyun zamanı cənub təmsilçisinin fanatlarının davranışı səbəb ola bilər.
Belə ki, cənublu azarkeşlər öz sevimlilərinin qolundan sonra tribunalarda müxtəlif yandırıcı maddələrdən istifadə etməyə başlayıblar ki, bu da UEFA tərəfindən qadağandır. Bundan əlavə, "Xəzər Lənkəran" azarkeşləri meydana konfeti tullayıblar. Görüşün baş hakimi isə bir neçə dəfə meydançanı təmizləmək üçün matçı saxlamalı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31