FIFA İcraiyyə Komitəsinin üzvü Bakıya gələcək

Xəbər verdiyimiz kimi, bu gün saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi keçiriləcək.Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə FIFA İcraiyyə Komitəsinin üzvü, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin FIFA Təşkilat Komitəsinin rəhbəri Hany Abo Rida da iştirak edəcək.Qeyd edək ki, Hany Abo Rida indiyədək FIFA tərəfindən keçirilmiş bir sıra mötəbər turnirlərin Təşkilat Komitəsinin rəhbəri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31