Türkdilli ölkələrin idman federasiya rəhbərləri Bakıdadır

Bakıda türkdilli dövlətlərinin universitetlərinin  İdman Federasiyalarının prezidentlərinin  toplantısı öz işinə başlayıb. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, görüşdə  Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərindən 10 nəfərə yaxın nümayəndə heyyəti iştirak edir. Nazirlikdən bildirilib ki, məqsəd türkdilli respublikalarin universitetlərinin idman federasiyaları arasında əlaqələri, qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31