Bavariyanın futbolçusu məhkəmədən “qırmızı kart” aldı
5 İyul 2012 12:41 İdman"Bavariya"nın sabiq üzvü Breno həbs olunub. Buna səbəb onun yaşadığı evi yandırması olub.
Belə ki, Breno 2011-ci ilin 20 sentyabrında yaşadığı evi yandırıb. Bir müddətdi məhkəmə qarşısında olan futbolçu üçün dövlət ittihamçısı Nikolaus Lans 5 il 6 ay iş istəyib. Lakin Münhen məhkəməsi ona 3 il 9 ay həbs cəzası verib.
Qeyd edək ki, Breno məhkəmə qərarı açıqlanmadan az öncə "Bavariya" klubundan və evin sahibindən yaşanan olaylara görə üzr istəmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31