"Yuventus" şokda: "Kinq-Konq" superkubokda olmayacaq

Kyellininin avqustun 11-də İtaliya Superkuboku çərçivəsində keçiriləcək "Yuventus" - "Napoli" matçında iştirak etməyəcəyi dəqiqləşib. İtaliya A Seriyasının son çempionu olan "Yuventus" klubu bəd xəbərlə sarsılıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın aparıcı müdafiəçisi Corcio Kyellini zədələnərək sıradan çıxıb. "Avro-2012"nin finalında İspaniya - İtaliya matçında (0:4) sol baldırından zədələnən futbolçu oyunu tərk etməli olmuşdu. Oyundan sonra tibbi müayinədən keçən 27 yaşlı futbolçunun sol baldırında yırtıq təsbit olunub. Belədə futbolçunun ən azı 5 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31