"Marsel" Didye Deşama əvəzləyici tapdı

Cari mövsümün sonunda Didye Deşamla yollarını ayıran Fransanın "Marsel" klubu yeni baş məşqçinin adını açıqlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Marsel təmsilçisi Elie Baupla iki illik müqavilə imzalayıb. 2009-cu ildə "Nant"dan ayrılan 57 yaşlı mütəxəssis 3 mövsüm idi ki, işsiz qalmışdı. Lakin buna baxmayaraq, "Marsel" rəhbərliyi baş məşqçi postunu 2014-cü ilə qədər Baupa həvalə edib. Qeyd edək ki, Baup 1999-cu ildə "Bordo" klubu ilə Fransa çempionluğu sevinci yaşamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31