Klublarımızın ÇL və Avropa liqasındakı rəqiblərini tanıyaq?!

İsveçrənin Nyon şəhərində 25 iyun-da  Avro kubokların püşk atma mərasimi keçirilib. Püşk atama zamanı  Azərbaycanı Avro kuboklarda təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.

  • ÇL liqası ikinci təsnifat mərhələsi

Neftçi - Zestafoni (Gürcüstan)

  • Avropa liqası ikinci təsnifat mərhələsi

Xəzər Lənkəran/Nomme Kalju (Estoniya)

İnter/Transa (Estoniya)

Bakı/Mura (Sloveniya)

İndi isə rəqiblərimizi yaxından tanıyaq.....

Zestafoni ( Gürcüstan)

Bu klub Gürcüstanın Zestafoni şəhərini təmsil edir və əsası 18 iyun 2004-cü ildə qoyulub.  Oyunlarını 10.000 nəfərlik Municipal adlı stadiyonda oynayır. Gürcüstan çempionatına qatıldığı ilk mösvüm ili 16.  yerdə başa vurub. Sonrakı illər müvafiq olaraq  5, 4, 4 -ci yerlərdə bitirib. İlk uğurunu 2007-2008-ci ildə Gürcüstan kubokunu qazanaraq əldə etmişdir. Zestafoni son iki ilin Gürcüstan çempionudur. Avro kuboklarda 20 oyun keçirib. Onlardan 6 qələbə, 9 məğlubiyyət, 5 bərabəliklə ayrılıb.  Klubu gürcü mütəxəsis Giorgi Chiabrishvili çalışdırır. Klub əsas heyəti gürcülərdən təşkil olunsada, Brazilyali, Kamerunlu və Moldovalı legionerlər də klubun şərəfini qoruyur.

Xəzər Lənkəran/Nomme Kalju (Estoniya)

Xəzər Lənkəranın rəqibi Nomme Estoniyanın paytaxtı Tallin şəhərini təmsil edir. Klub əsas 1923 ildə qoyulsa da, yenidən qurulması 1997-ci ilə təsadüf edir. Oyunlarını 5.000 nəfər tutumluq Hiiu stadionunda oynayır. 2008-ci ildən etibarən Meistriliiga(1-ci liqa) oyanmağa başlamışdır. 2011-ci il çempionatı 2.  yerdə başa vuraraq tarixində ilk nailiyyətini əldə etmişdir. Avro kuboklarda 4 qarşılaşmaya çıxıb. Onlar 2-i məğlubiyyətlə, 2-i heç-heçə ilə başa çatıb. Kluba yerli mütəxəsis Igor Prins başçılıq edir.

İnter/Transa (Estoniya)

Transa klubu Estoniyanin köklü klublarındandır. Klubun əsası 1979-cu ildə Navra şəhərində qoyulub. Oyunlarını 3.000 nəfərlik Kreenholmi stadiyonunda keçirir. 1992-ci ildən etibarən Meistriliiga-ya (1-ci liqa) yüksəlib. İlk uğurunu 2001-ci ildə Estoniya kubokunu qazanaraq eldə edib. Transa İnter Toto kukobu daxil olmaqla Avropada 26 oyuna çıxıb. Onlardan 2 qələbə, 1 bərabərlik, 23 məğlubiyyət alıb.  

Bakı/Mura (Sloveniya)

Mura Sloveniyanın Murska Sobota şəhərini təmsil edir. Klub həddin artiq gənc klubdur, əsası 16 iyun 2005 tarixində qoyulub.  Mura oyunlarıni 3.700 nəfərlik  Fazanerija stadiyonuda oynayır. Muro 2011-2012 mövsümnü 3-yerdə bitirib. Klub əsas heyətini Sloveniyali futbolçular təşkil edir.  Kluba Ante Šimundža rəhbərlik edir.  Xatirladaki iyun 24-də Bakı və Muro klubu qarşı-qarşıya gəlib. Meydandan Bakı futbolçuları 4-0 hesablı qalibiyyətlə ayrılıb..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31