Deyirlər ki toy olacaq
4 İyul 2012 15:51 İdmanMəhşur rus tennisisti Mariya Şarapova ilə Sloveniya basketbolçusu Saşa Vuyayeçin toyu noyabrın 10-da İstanbulda olacaq. 25 yaşlı rus gözəlinin sözlərinə görə, mərasim çox ciddi və dar çərçivədə keçiriləcək. Şarapova ilə Vuyayeçin adaxlanması haqqında məlumat hələ 2010-cu ilin oktyabrında elan olunub. Nişanlı cütlük bu yay münasibətlərini rəsmiləşdirmək qərarına gəlmişdilər. Lakin, "Olimpiya-2012"də turnir seriyalarına görə onlar mərasimi payıza saxlayıblar: "Mən Britaniya şahzadəsi Uilyam və Keyt Middltonun toy mərasiminə baxandan sonra fikirləşdim ki, bu çox möhtəşəm bir mərasimdir. Milyonlarla insan bu cütlüyün sevincini paylaşdı. O zaman Keytin gəlinliyi də mənim xoşuma gəldi". Rus gözəli əlavə edib ki, bununla belə o, həmin toya öz düyünü üçün hər hansı bir qeydi götürməkdən ötrü baxmayıb.