Türk futbolçu “Barcelona”ya keçir
4 İyul 2012 15:43 İdmanSərdar Taşçı 10 milyon avro qarşılığında İspan nəhəngi "Barcelona"ya transfer olur. Müdafiəçi axtarışlarını davam etdirən İspaniyanın "Barcelona" klubu, Almaniyanın "Stuttqart" komandasında forma geyən Sərdarı hədəfə alıb. İspan klubu 25 yaşındakı türk oyunçuya görə 10 milyon Avro ödəməyə hazırdı.
Alman Milli Komandası heyətində uğurlu çıxışlar ilə yadda qalan iştirak edən stoper də transferə müsbət qarşıladığını və İspaniyanın ən yaxşı iki komandasından birində forma geymək istədiyini söylədi. Sərdarın "Barcelona"ya transferinin bu həftə sonuna qədər reallaşması gözlənilir. 14 dəfə Almaniya forması geyən Sərdar, 2006-cı bu yana "Ştutqart"da müdafiəçi vəzifəsini yerinə yetirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31