Arsen Venger də Fransa millisini çalışdırmaqdan imtina edib
4 İyul 2012 12:03 İdmanFransa millisinə yiyə duran yoxdur. qol.Az-ın məlumatımna görə, bu barədə Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qraet açıqlama verib.Onun sözlərinə görə, Venger "Arsenal"la iki illik müqaviləsinin olduğunu və bütün diqqətini komandasına yönəltdiyini bildirib. Federasiya isə məşqçi axtarışlarını davam etdirir.FFF avqustun 15-də Uruqvay millisi ilə keçiriləcək yoldaşlıq matçınadək yığmanın yeni baş məşqçisinin adını açıqlamaq niyyətindədir. Məhz həmin tarixə qədər Fransa millisində Loran Blanı kimin əvəzləyəcəyinə aydınlıq gələcək.Qeyd edək ki, daha öncə "Marsel"dən ayrılan Didye Deşam Fransa millisinin təklifini rədd etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31