"Neftçi" Rusiya klubu ilə oynadı
4 İyul 2012 12:01 İdmanHazırlığını Avstriyada davam etdirən "Neftçi" dünən toplanış çərçivəsində ilk yoxlama görüşünü keçirib. Qol.Az-ın məlumatına görə, Azərbaycan çempionunun rəqibi son mövsümdə Rusiya Premyer Liqasında 8-ci pilləni tutmuş "Krasnodar" olub. Matç rusların 2:0-lıq qələbəsi ilə yekunlaşıb. Hər iki qol ilk hissədə vurulub. Öncə 65-ci dəqiqədə Pitselli fərqlənib. Bundan 15 dəqiqə sonra isə Pitselli penaltidən həm dublunu, həm də "Neftçi"nin məğlubiyyətini rəsmiləşdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31