"Arsenal"ın futbolçusu Superliqada oynayacaq

"Arsenal"la yollarını ayıracağı gözlənilən Andrey Arşavinin karyerasını Türkiyə Superliqasında davam etdirəcəyi iddia olunur. Qol.Az-ın məlumatına görə, bu barədə futbolçunun meneceri Laktar açıqlama verib. Onun sözlərinə görə, Arşavinlə Türkiyənin iki klubu yaxından maraqlanır: "Amerika Liqasından təkliflər aldıq. Ancaq Arşavin Amerikada oynamaq istəmir. "Anji"nin təklifini isə rədd etdik. Türkiyədən də iki komanda Arşavinlə yaxından maraqlanır. Lakin hələlik rəsmi təklif yoxdur".

Qeyd edək ki, "Arsenal" "Zenit" klubunda forma geyinən Arşavinin transferi üçün 10 milyon avro tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31