Azərbaycan 28 beynəlxalq yarışa evsahibliyi edib

Cari ilin 6 ayı ərzində Azərbaycan 28 beynəlxalq yarışa ev sahibliyi edib. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib ki, bu günə qədər həmçinin  126 respublika əhəmiyyətli tədbirləri keçirilib: "217 beynəlxalq tədbirdə, 79 təlim-məşq toplanışlarında yığma komandalarımızın iştirakı təmin edilib. May ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 4 kontinental, 4 milli və 12 qarışıq kollektivdə velosipedçilər arasında 5 mərhələli beynəlxalq veloyürüş keçirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31