Azərbaycan Olimpiya Oyunlarında 53 idmançı ilə işiirak edəcək

Azərbaycan London Olimpiya Oyunlarında 53 idmançı ilə təmsil olunacaq. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə gənclər və idman naziri Azad Rəhimov çıxış edib. Nazir deyib ki, Londonda ölkəmizi təmsil edəcək 53 idmançıdan 41-i ilk dəfə Olimpiya Oyunlarının iştirakçılarıdır: "İdman nümayəndə heyətimiz 2 qrupda- birinci qrup iyulun 24-də, ikinci qrup isə avqustun 4-da  Londona yola düşəcək. İdmançılarımızın yerləşəcəyi Olimpiya kəndində iyulun 25-də  Azərbaycan komandasının salamlanması - Azərbaycan bayrağının qaldırılması mərasimi keçiriləcək. İyulun 28-də isə ''Azərbaycan günü'' adlı tədbir keçiriləcək. Qeyd edək ki, Azərbaycan müstəqillik dövründə artıq 5-ci dəfədir ki, dünyanın ən ali idman tədbiri olan Olimpiya Oyunlarında iştirak etməyə hazırlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31