İntellektual Çoxnövçülük üzrə Azərbaycan Kuboku keçiriləcək

Azərbaycan İntellektual Oyunlar Federasiyasının (AİOF) dəstəyi ilə təşkil olunacaq İntellektual Çoxnövçülük üzrə Azərbaycan Kubokunun ilk etapı 18-19 avqustda Nabranda təşkil olunacaq. Atəşgah İntellektual Oyunlar Klubu, Turan İntellektual Oyunlar Klubu və Xəzər İntellektual Gənclər Klubu və Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən təşkil olunacaq Kubokda populyar intellektual oyunlar - Nə? Harada? Nə zaman?, Breyn-rinq, Fərdi oyun və Xəmsə üzrə yarışlar keçiriləcək.
AİOF-in icraçı direktoru Seymur Teymurovun "OLAYLAR"a verdiyi məlumata görə, İntellektual Çoxnövçülük üzrə Azərbaycan Kuboku 4 etapdan ibarət olacaq və hər bir etap ölkənin regionlarında təşkil ediləcək. Yarışların regionlarda təşkil olunmasının məqsədi Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının regionlarda gənclərin intellektual klublarının yaradılması və inkişafı bəndinin həyata keçirilməsinə dəstək olmaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31